yeni yazarların sözlükdəki keyfiyyəti düşürməsi

god dammit
yersiz incimələrə və mühitin asayişini pozacaq söhbətlərə yol açacaq bilirəm. söz yiyəsinə əlbət çatacaqdır. mən yazaram deməmişdən əvvəl yazılanı yaxşıca dərk edib, sözlüyə nə qədər fayda verdim fikri ilə paylaşılıb, onu idrak etməkdir.
coin
yeni yazarlara nisbətən köhnə yazar olduğumu düşünürəm ona görə də bu fikri o qədər də dəstəkləmirəm. aralarında yaxşı yazanlar da var. nankor olmağa ehtiyac yoxdur. amma məsləhət görərdim ki qaydaları oxuyub ona görə entry yazsınlar. həm də azərbaycana və onun milli dəyərlərinə, tarixinə, şəxsiyyətlərinə, adətlərinə daha çox üstünlük verib, bunlar haqqında yazsınlar. çünki dilimizdə bu məlumatlar haqqında netdə mənbələr azdır. son zamanlar sözlükdə həddindən artıq türk dilində entrylər görürəm bunlara ehtiyac olduğunu düşünmürəm. hələ öz dilinizdə lazım olan məlumatları yazın, sonra başqa məlumatlara keçərsiniz. imkan versəniz onlar öz saytlarında öz dillərində məlumat yazarlar. heç onların yazmağına belə ehtiyac yoxdur kifayət qədər mənbələri mövcuddur.