yeni biri ilə tanış olmaq

tenqid
bu həyatda ən istəmədiyim şeylərdən biridir. həyatıma yeni insanlar qəbul edə bilmirəm. kənardan baxanda çox soyuq biri kimi görsənirəm (ən azından elə deyirlər). yeni biri ilə tanış olduqdan sonra yaranan ilk səmimiyyətdə mənim haqqımda ilk düşüncələri də elə bu olur.

ən yaxşısı əlindəkilərin qiymətini bilməkdir.
hind474toyugu
Bir daha yenidən özümü kimə isə tanıtmaq. Yaxın zamanlarda təşkil olunan görüşlər və bir müddət sonra bitən münasibət. Buna görə yaxın dostlarımın hər biri ilə ən azı 10 ildir dostuq. Yeni insanları heç sevmirəm
danatello monto
yorulmuş, az da olsa insanların, insan deyilən varlığın nə olduğunu anlamışlar üçün zülm olan zad. arada çox çox qısa müddətlik həvəslənirəm, yeni girdiyim ortamda yeni insanlarla tanış olmaq istiyirəm amma sonra görürəm ki, sakitcə öz küncümə çəkilib danışılan söhbətdən xəbərsiz onlara qulaq asıram.