yekəpər kişi cazibədarlığı

debian
demək istədiyim bədənli, əzələli deyil sırf yekəpər olan. elə birinin sevgilisi, həyat yoldaşı olmaq heç bir qorxunun olmaması mənası daşıyır.
god dammit
qapıdan başını aşağı əyərək ya da yan keçərək girməyə vadar edən cazibədarlıqdır. o qədər də cazibədar deyilmiş.

elə bunu yazırdım ki qapıdan bir yekəpər meydana çıxdı. aman allahım ancaq bir insan bu qədər qapıdan meydana çıxa bilərdi.
alessandro
Səhv etmirəmsə, sevənləri yekəpər deyəndə nəzərdə tutduqları şey insanın "yumruluğunun" onlara şirin gəlməsi, həlim görünüş və güvən hissidir. Cəmiyyətimizdə sinə hissəsi tüklü, özünə digərlərinin istədiyi qulluğu göstərməyən, artıq çəkisi xoş qarşılanmayan və "meymun" elan edilən şəxslərdən söhbət getmir.
bəzilərinin bu insanları bəyənməməsi onların çirkin, pis və s. Olması demək deyil.