yaxşılıq

slnjust3
Unutmayın. sizə edilən yaxşılıqları unutmayın. Sizə yaxşılıq edən insanlara qarşı çıxsanız, o insanlar sizin düşməninizə çevriləcək. Qarşı çıxma səbəbiniz bəlkədə bir gün mənasızlaşacaq amma düşməniniz olan dostunuz yenidən sizə dost olmayacaq. Sizə yaxşılıq edənləri unutmayın.
(bax:dostun düşmənə çevrilməsi)
rip
ediləndə könüllərdə gizli qaldığı müddətcə dəyərini itirməyən, dillərə düşən kimi dəyərini itirən şeydir.
starrynight
İnsanların hamısı "yaxşılıq" oyununu oynayır.biri sizə kiçik bir yaxşılıq etsə, ona 2 qatını edərsiniz ki borcluluq hissindən qurtulasınız.
aşdırmalara görə insanlar onlara verilənin böyük və ya kiçikliyindən asılı olmayaraq verilən şeylərin qarşılığını ödəyirlər.Bunun əsas səbəbi toplum təzyiqidir.Çünki verilənin geri qaytarılmadığı təqdirdə insanlar sizi əlibərk,cimri və s. kimi qəliblərə qoyacaqlar ki, bu da heç kəsin istəmədiyi şeydir.Buna uyğun olaraq hətta istənməyərək, məcburiyətdən (hansı ki birdən almasam nəzakətsizlik olar deyirlər) alınan şeylərin belə qarşılığını ödəmə istəyinin olmasına təəccüb edilməməlidir.
salamxanim
dünən soyuq və küləkli bakı səhərində küçədə əlindəki torbaları güclə daşıyan bir qadın gördüm. 55-60 yaşlarında sadə , hər halından zəhmətkeş olduğu görünən bu qadına yaxınlaşdım və əlindəki torbaları daşımağa kömək etməyi təklif etdim. əzabkeş üzündə ani bir gülümsəməylə çox sağol balam deyərək torbalardan birini mənə verdi. yavaş yavaş söhbet edə edə gedirdik. söhbət əsnasında öyrəndim ki qızı xarici birinə ərə gedib. zəhmətlə böyütdüyü oğlu isə gəlinin təzyiqləri ilə onu evdən qovub və bu ahıl yaşında tək yaşamağa məcbur edib. bir beşmərtəbəli binanın qarşısına gəldik mənə əli ilə balkonu göstərərək kirayə qaldığım ev buradı çox sağol balam gəl çaydan çörəkdən qonaq edim dedi. açığı soyuq havada çox pəjmürdə olmuşdum amma bu ziyalı qadına əziyyət vermək istəmirdim. xalanın israrından sonra çay içməyə razılıq verdim. evə daxil olduqda ilk öncə evin sadə, kasıb amma çox səliqəli olması diqqətimi çəkdi. süfrə arxasında əyləşib qarşılıqlı çay içirdik. oğlundan çox şikayətləndi, onu evdən qovmağı bir qırağa sevimli nəvəsinin üzünə həsrət qoymuşdular bu ağbirçəyi. gözündən yaş süzülə süzülə divardakı kişi şəklini mənə göstərərək bax bu vəfasız ömür gün yoldaşım məni vaxtsız tərk elədi. o yaşasaydı mənə bu pislikləri edə bilməzdilər deyərək hönkürməyə başladı. açığı çox pis oldum və bir az da qorxdum çünki qadının yazıq sifəti hönkürtü ilə bir anda çox qorxulu vəziyyət almağa başladı. xalanı təsəlli etmək üçün həyatın bumeranq tərəfi olduğunu, bu pisliklərin oğlunun və gəlinin yanında qalmayacağını və nə zaman istəsə qulluğunda olduğumu dedim.