Yalanı anlamaq üçün qarşıdakı adamın davranışlarının yaxşı analiz etmək lazımdır. Bir insanın gözünün içinə baxa baxa yalan danışmaq çox çətindir . Bunu hər kəs edə bilmir . Yalan danışan insan müəyyən bir müddət sonra göz təmasından qaçacaq , səs tonunda hiss ediləbiləcək dərəcədə dəyişiklər olacaq . Dodaqlarda yüngül oynamalar , gülümsəmələr , baş yelləmələri , əl və qol hərəkətləri və göz bəbəklərinin kiçilməsi yalan danışanı ələ verə biləcək faktorlardır . Yalan danışan insanların əlləriylə etdikləri jestlər azalır . Adi halda əl jestləri ifadəni gücləndirmək məqsədiylə edilir . İnsanların əksəriyyəti danışdıqları sözlərin mənasını artırmaq üçün etdiyi əl hərəkətlərinin fərqində deyil. İnsan danışarkən əlini yellədiyini bilir ancaq əllərinin əslində nə məna kəsb etdiyini bilmir . Əllərinin hərəkə etdiyini bilmək, ancaq nə etdiyini tam olaraq bilməmək adamı şübhəyə salır və müdafiə müxanizmi işə düşür və beləcə əllərin hərəkətləri azalır . Və ya insan daxilən yaşadığı ziddiyyət səbəbindən əllərinin özünü ələ verəcəyindən qorxur və əllərini ya cibinə salır, ya üzərinə oturur və ya bir əliylə digərini tutur .
Davamını oxuyum...
axilles