Xəyanətlə qarşılaşmayan adam bunun nə qədər ağır olduğunu anlamaz, amma bunu yaşayanlara ağıl verər, tənqid, təhqir edər... Xəyanətin cavabı yoxdur, "Belə etmək lazımdır" cümləsi başdan sona qədər səhvdir. Xəyanətin cavabı o anda ağıla gələn və edilən əməldir. Kimisi çıxar gedər, kimisi öldürər, döyər, özünə qəsd edər... Xəyanət ağır hadisədir. Bütün həyatını bağladığın, sevdiyin, ömrünü yaşamağa and içdiyin şəxs tərəfindən aldadılmaq... O qədər ağırdır ki...
Davamını oxuyum...
fransuzkiilan
məhəbbət bəslədiyiniz əks cinsin nümayəndəsinin sizə qarşı (yaxud əksi), güvəndiyiniz, dost bildiyiniz, hətta ailə üzvünün etdiyi hərəkətin sizdə dərin iz qoyması və bütün olanların üzərindən xətt çəkməyinizə yol aça biləcək hadisədir.
p.s belə məsələlərdə ayıq başla qərar verməyiniz məsləhətdi, fəsadları izə sonradan çox pis fəsadlara gətirib çıxara bilər
(bax: vicdan)
fransuzkiilan
Bir kəsin səndə özünə qarşı güvən yaradıb sonra ən böyük saxtalığı ilə üzə çıxmasıdı.
Sən tam güvənib hər şeyini onla bölüşərkən, xəyanət edənin sənlə yetinməyib daha çoxunu istədiyi ac gözlüyün adıdır.
lilith
Əskikliyini tamamlamaq üçün edilən hərəkətdir
austen
Edilənə ən böyük zərbə,edənə isə ömürlük vicdan əzabı
john wick
Gizlisinə də lənət, aşkarına da.
injivari
mən şərəfsizəm deməyin başqa yoludur.
ssruler
Hər şey biryana xəyanət dedikdə ağıla niyə yalnız kişilər gəlir başa düşmürəm, halbuki açıq danışsaq qadınların xəyanət "edə bilmək" şansı daha çoxdu həm də kişilər kimi pul xərcləməyə belə ehtiyac olmadan. Amma çox az qadın bunu edir. Etməyənlərin içində isə çox az hissəsi bunu qarşısındakına hörmət və sevgiyə görə edir. Qalanları "bilsələr, başımı kəsərlər" qorxusu. Ona görə də xəyanətin olmağını istəmiriksə, ya cəmiyyətdə kişiləri də qadınlar qədər qorxu içində yaşatmalı, ya da ki daha səviyyəli, özünə və qarşısındakına hörmət edən kişilərin digərlərindən nə cür fərqləndiyini və üstün olduqlarını başa salmalıyıq. Nə qədər ki küçədə ona söz atan "qaqalara" hırıldıyan qızlar var, 2-ci variantın olması absurddu.
Davamını oxuyum...
maktub
əhvi olmayan "cinayətdir".
austen