şedevr sözlük istifadə qaydaları və sözləşmə

1. Azərbaycan dili qrammatikasına əməl etmək, yazıda düzgün şəkildə istifadə etməkdir. Yazar Sözlükdə yazdığı yazının tamamında başqa dildən istifadə etmək, Azərbaycan dilindən çox, başqa dilə yer verməsindən qaçınmalıdır. Sözlükdə yazarkən Azərbaycan dili şriftləri zəruri deyil, ancaq Azərbaycan dili şriftlərindən istifadə etmək tövsiyə olunur

2. Sözlüyün əsas məqsədindən xaricə çıxmaq, yəni sözlüyü bilgi üçün yox, forum, çat, başqasının entrysinə cavab yazmaq üçün istifadə etmək (sözlük funksiyası olan cavab nəzərdə tutulmur. Başlığın altındakı entrydə “yuxarıdakı yazar, deyir ki, bu belədir, bu elədir” və s kimi ifadələr olarsa, sözlük formatını pozur.) sözlük formatını pozur. Əlbəttə, sözlük sadəcə bilgi paylaşacağınız yer deyil. Burada siz öz etiraflarınızı (şedevr etiraf), günlüklərinizə qeydlər apara (şedevr günlük), özünüzün sevdiyi mahnıları paylaşa bilərsiniz, lakin yuxarıda qeyd edilmiş çərçivəyə girərsə (formatı pozacaq şəkildə trolluq etmək, çata çevirmək, cavab yazmaq), uyğun olaraq 5-ci, 6-cı bəndlər səbəbi ilə entryniz silinə bilər. Xatırlatmaq istəyirik ki, sözlük hansısa başlığın altında çatlaşmaq üçün yer deyil hər birinin özünəməxsus istifadə qaydası var.

3. Sözlükdə hesab silmək, hesab adı dəyişdirmək mümkün deyil. Qeydiyyatdan keçərkən nəzərə almalısınız ki, sözlükdə seçdiyiniz nik sizin sözlükdə yazar olduğunuz müddətcə daimi nikiniz olaraq qalacaqdır. Bu səbəbdən nik seçərkən özən göstərmənizi arzu edirik.

4. Sözlük hesabı satmaq, satışa çıxartmaq, bu və digər şeylər yolverilməzdir. Belə bir hal ilə qarşılaşdığımızda hesabınızın taleyi heç də yaxşı olmayacaqdır.

5. Əgər entryləriniz “Şedevr Sözlük” qaydalarına uyğun olmazsa, yaxud hüquqi cəhətdən problem yarada biləcək bir entry olarsa, entryniz silinə bilər.

6. Əgər entryniz formata uymursa, qeyd edilmiş müddəalarla əks mövqedə durursa, heç bir səbəb göstərmədən entrynizi silə bilər, yazarlığınızı ala bilər, sözlükdən uzaqlaşdıra bilərik.

7. “Şedevr Sözlük” sizin mesajlarınızdan, özünüzün başqa yazarla yaradacağı konfliktdən - şəxsi məsələlərinizdən məsuliyyət daşımır, mesajların məsuliyyəti sizə aiddir.

8. Üzv olmaq üçün siz saytdan qeydiyyatdan keçməlisiniz, həmçinin bu qaydaları oxuduğunuzu qəbul etmiş sayılırsınız. Yazar olmaq üçün isə siz 10 entry yazıb moderatorlar tərəfindən təsdiqlənmənizi gözləməlisiniz.

9. “Şedevr Sözlük” sözlükdə yazar olmaq üçün yaş limitindən istifadə edir. Belə ki, yaşı iyirmidən (20-dən) az olan şəxslərin yazar olmasına icazə verilmir. Nəzərə almalısınız ki, bu qaydaları qəbul edərkən yaşınızın iyirmi (20) olduğunu təsdiqləmiş sayılırsınız.
-anonimlik:

10. “Şedevr Sözlük” bütün yazarların anonimliyini qoruyur, heç bir halda sözlük yazarlarının şəxsi - özü haqqında qeyd etdiyi məlumatları 3-cü şəxslə paylaşmayacağı güvəncəsini verir.

11. Sözlükdə gizliliyiniz - hesab bilgiləriniz yalnız hüquqi baxımdan paylaşılması mümkündür. Belə ki, açıla biləcək hər hansı hüquqi məsələlərdə hesabınızın bilgiləri istənilərsə, “Şedevr Sözlük” bu bilgiləri yalnız dövlət strukturları və hüquq mühafizə orqanları ilə bölüşə bilər.

12. Sizə verilən anonimlik sözlükdə yazar olarkən daha rahat yazmanız üçün verilmişdir. Gizlilik sizə kimisə təhqir etmək hüququ vermir, yəni anonimlikdən sui-istifadə etməməyə çalışın.
-təhqir

13. sözlükdə dövlət orqanlarına, iş adamlarına, habelə yazarların başlığında onlara təhqir etmək, haqqlarında düzgün olmayan ifadələr işlətmək yolverilməzdir. Belə hal olduğu təqdirdə, yazarın, iş adamlarının istəyi ilə entrynizin yayından moderatorlar tərəfindən götürülə bilər.
12-ci maddədə də qeyd edildiyi kimi sizə verilən anonimlikdən sui-istifadə edib başqalarını alçaltmaq, onların dini, mənəvi inanclarına, habelə paylaşdığı başlıqlara, o cümlədən onları sözlükdən soyudacaq tərzdə əməlləriniz yolverilməzdir. Hər bir yazar sözlük üçün önəmlidir. Bu səbəbdən yazarların başlığında kiməsə, yaxud bir-birinə təhqir etməsi yol verilməzdir. Belə halda hər iki yazar sözlük heyəti tərəfindən qəbul ediləcək qərarla aqibətləri bəlli olacaq

14. Sözlükdə kiməsə təhqir etmədiyiniz müddətcə özünüzü ifadə tərzi olaraq söyüşdən istifadə etməniz mümkündür.
-müəllif hüquqları

15. “Şedevr Sözlük” yazarlarının bütün hüquqlarını qoruyur, onların entrylərinin icazəsiz götürülüb başqa platformda paylaşmasına icazə vermir.

16. Sözlükdə paylaşdığınız bütün entrylərin hüquqları sizə aiddir, yazdığınız entry sizin məsuliyyətiniz altındadır. Yazılarınızı başqa platformlarda paylaşa, orada öz entrynizi istədiyiniz tərz istifadə edə bilərsiniz. Fəqət sözlüyü qaynaq olaraq göstərməlisiniz.

17. Yazılarınızın sözlüyün instaqram, feysbuk və digər sosial şəbəkələrində, o cümlədən gələcəkdə sözlüyün inkişafı üçün entryləriniz “Şedevr Sözlük” tərəfindən istifadə oluna bilər. Paylaşılan məkanlarda yazarın nikinin qeyd edilməməsi istisna hal deyil.
-gizlilik

18. Hesab şifrənizin güclü olduğundan əmin olmalısınız. Sözlük sizin hesabınızın oğurlanmasından məsuliyyət daşımır. Bu səbəbdən tövsiyə olunur ki, quqlun (“google”) təklif etdiyi şifrələrdən istifadə edəsiniz.
Hesabınızın oğurlandıqda şifrəsi və poçt ünvanı dəyişdirildikdə, sözlüyün instaqram hesabına (“sedevrsozluk”), yaxud elektron poçt hesabına (@infosedevr.com) yazmağınız tövsiyə olunur. Bunun üçün tələb olunan şeylər: hesabınızın niki, ən son qoyduğunuz şifrə, elektron poçt ünvanınız

19. Sizin istifadəçi bilgiləri (yazarın topladığı bəyəni sayı, ən çox izlənən yazar olması və s. Kimi bilgilər) tərəfimizdən sözlüyün inkişafı naminə istifadə oluna bilər. Paylaşılan məkanlarda sizin gizliliyiniz – anonimliyiniz tamamilə qorunacağına “Şedevr Sözlük” güvəncə verir.
-yazarın sözlükdən qovulması, onun yazarlığının əlindən alınması;

20. Yuxarıda qeyd edilmiş qaydaları ilk dəfə pozduğunuz halda siz sözlük heyəti tərəfindən xəbərdar olunacaqsınız. Lakin növbəti dəfə həmin əməl təkrarlanarsa, yazarlığınız əlinizdən alınması mümkündür. Sözlük sizə 3 dəfə şans verir bu şansı yaxşı dəyərləndirməyiniz tövsiyə olunur.

21. Sözlük qaydalarını, o cümlədən sözlük formatını dəfələrlə pozsanız, yaxud bir dəfədə bir neçə qaydanı eyni halda pozsanız, sizin yazarlıq statusu əlinizdən alınacaq. Əgər qaydanı pozsanız (səhv entry nümünəsi, yaxud yuxarıda qeyd edilmiş 2-ci, 12-ci, həmçinin 13-cü müddəalari pozsanız), əvvəlcə moderatorlar tərəfindən xəbərdarlıq ediləcək, səhvinizi təkrarladığınız halda yazarlıq statusu formatı öyrənənə qədər əlinizdən alınacaqdır.

22. 12-ci maddədə də qeyd edildiyi kimi sizə verilən sözlük funksiyalarından sui-istifadə etmək, yəni yersiz şəkildə trolluq etmək, sözlüyü öz çıxarları naminə işlətmək – feyk hesab açıb, özünə favori, “up vote” atmaq. Bu tərz işlə məşğul olsnlar müəyyənləşdiriləcək və sözlükdən birbaşa uzaqlaşdırılacaqdır.

23. 11-ci maddəni kobud şəkildə pozmaq – fikir bildirməkdən çox, yersiz şüvənlik etmək, təhqirə keçmək, təhqiri ifadə məqsədi yox, alçatmaq üçün istifadə etmək yolverilməzdir. Bu sizin yazarlığınızın əlinizdən almasına başlıca səbəbiyyətdir.

24. Sözlükdə hər hansı səhifənin reklamını etmək, Sözlük yazarlarını oraya təşviq etmək yolverilməzdir. sözlük sizin şəxsi fikirlərinizi bölüşə biləcəyiniz bir platformdur. Hansısa saytı reklam etmək yeri deyildir. Saytda hər hansı şirkət haqqında, sayt haqqında, səhifə haqqında fikir bildirməkdə sərbəstiniz, lakin bunu reklam xarakterli etmək qaydalarımıza ziddir.