uşaqlıqdan qalan acı xatirələr

louis pasteur

Əvvəllər çox kasıb idik. Atam usta idi. Baxmayaraq ki, üniversitet belə bitirmişdi. Sadəcə sənədlər məsələsinə görə həll etməkdən boyun qaçırdırdı. Nəysə.

Tibb bitirmişdi, amma usta idi...


7 yaşım olardı hardasa. Evimiz də 1 otaqlı idi o zamanlar. İnək tövləsinin tam yanında. Kirayə götürmüşdük deyəsən. Hərçənd, bura ev adına da layiq deyil. Yerdə yatmaq, gecə gələn səs-küy. Hər kəsin eyni evdə yuyunması və s faktorlar adam üçün, ələlxüsus, bir uşaq üçün travmadan başqa bir şey deyildir. Ev haqqında danışacaq çox şey yoxdu. Amma həyət haqqında; İnək qoxusundan yata bilməməyi mi deyim, qatar səs-küyündən yata bilməməyi mi. Yox. Daha pisin deyim; ac yatmaq.
Yadımdadır ki; yemək istəmişdim, amma anam gözləri dolaraq; "Biraza olacaq" - deməsi hələ də yadımdadır. Vaxtı keçişdirməyə çalışırdım olmurdu. Güc-bəla gecə 12-yə çatdı. Gecə 12-ə yaxın idi, amma hələ də, yemək yox idi. O gecə çox ağlamışdım. Hətta daha çox. Yemək yeyə bilmədiyimə görə yox, sadəcə bu cür çarəsiz bir vəziyyətdə olmağımıza görə ağlamışdım. Elə, ac olaraq da yatdım. Sonra...