Uşaqlıq və fırıldaq kəlməsi zidd anlamlar daşıyırmış kimi görünsə də, hamımız bilirik ki, elə deyil. Misal olaraq birini deyim. Deməli, 2-də, ya da 3-də oxuyurdum, bir dəfəsində gündəliyim, həqiqətən də, itdi. Biz də təzəsini aldıq. Sonra o birini tapandan sonra başladım birinə yaxşı qiymətlərimi yazdırmağa, o birinə də pis. Tutulmayım deyə də gündəliyin geridə qalan vərəqlərini gündəlik üzünün altına keçirirdim. Beləcə də müəllimin qabağında ancaq təzə həftənin səhifələri açıq qalmış olurdu. Uşaq ağlımla da düşünürəm ki, "bəs vəssalam da, vərəqləri gizlətdimsə, müəllim heç vaxt baxmayacaq ora". Amma sözün düzü, bir az şellənmişdim bu "cici" taktikam sayəsində. Ta ki, bir neçə ay sonra müəllimim məni ifşa edənə qədər. O gündən sonra gündəliyimi aparanda hərdən mənə qəşəng söz də soxub otuzdururdu. Amma yenə də o vaxtkı özümlə fəxr eləyirəm. O ağlım indi məndə olsaydı, çoxdan mclaren sürürdüm.
Davamını oxuyum...
italiano