televiziyada heç işsizlikdən bəhs edilməməsi

söz
işsizlikdən, iqtisadi böhrandan, ölkədaxili siyasətlərdən və digər ciddi məsələlərdən danışılacağına, günü gülməli videolar, üç ayaqlı ördək xəbərləri ilə ötüşdürən azərbaycan kanallarının məsuliyyətsiz olması azərbaycan mediasının rəsmi çöküşüdür. ona görə də bacara bildiyim qədər tv izləməyin başını buraxdım. azərbaycan mediası bu qədər satılmış olmamalı idi.
alessandro
"Ay da, bilirsiniz, Yaxın Şərqdə elə ağır rejimlərdə yaşayan ölkələr var ki, onlarda hətta televiziya verilişlərinin məzmunlarını da iqtidar partiyalar müəyyən edir, hamı yalnız icazə verilən şeyləri deyə bilir! Dəhşətdir, elə deyil mi?"