Dir təbimdən istərmişlər cavanlar tazə söz,
onların zənnincə var təbimdə bir əndazə söz.

afirlər billah hər gün yazar bir tazə söz,
sahibi təbi səlim yazmazdı bir əndazə söz.

təngidir qönçə dəhanım gec gəlir avazə söz,
bir sənəmdir nazənin, qoymuş özün nazə söz.

sordum ağzın sirrini hər kimsədən ey tazə gül,
tapmadı yüz min xəyal etdi bu məxfi razə söz.

olmasa ustadı bəzmimdə sözün billah qəbul,
dirilər yazsın cavanlar üçün yenə bir tazə söz. (bax: əliağa vahid)Davamını oxuyum...
sisifos
Xəlqə ağızın sirrini hərdəm qılır izhar söz,
Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz.

Artıran söz qədrini sidq ilə qədrin artırar,
Kim nə miqdar olsa, əhlin eylər ol miqdar söz.

Ver sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz.

Bir nigari-ənbərinxətdir könüllər almağa,
Göstərər hərdəm niqabi-qeybdən rüxsar söz.

Xazini-gəncineyi-əsrardır, hərdəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Olmayan qəvvasi-bəhri-mərifət arif degil
Kim, sədəf tərkibi-təndir, lölöi-şəhvar-söz.

Gər çox istərsən, Füzuli, izzətin, az et sözü
Kim, çox olmaqdan qılıbdır çox əzizi xar söz. (bax: məhəmməd füzuli)
Davamını oxuyum...
sisifos