Deyilənə görə məşhur italyan rəssamı Leonardo da Vinçi özünün "Sonuncu şam yeməyi" freskası üzərində üç il çalışıb. Əsas çətinlik isə rəsmdəki İsa peyğəmbər və Yehuda (satqın) surətləri üçün prototipləri tapa bilməməsi idi.

Bir dəfə o kilsə xorunda üz cizgiləri özünün təsəvvür etdiyi İsa peyğəmbər obrazına bənzəyən cavan bir oğlan görür. Onu emalatxanasına dəvət edir və onun düzgün və insanpərvər üz cizgiləri əsasında peyğəmbərin obrazını yaradır.

Sonradan o uzun müddət Yehuda obrazı üçün şəxs axtarsa da, onu tapa bilmir. Əsəri başladığı üç ilin sonuna yaxın onun sifarişçisi olan hersoq da Vinçini tələsdirir. Şagirdləri ilə şəhəri gəzən rəssam birdən çirkab içində uzanmış, sərxoş bir insan görür. Onun üzü nifrət və acıqla dolu idi və rəssamın fikirləşdiyi obraza oxşayırdı. Rəssam şagirdlərinə o insanı ayağa qalxızaraq emalatxanaya aparmağı əmr edir. Orada tələsik surətdə ayaq üstə zorla dayanan avaranın surət cizgilərini kağıza köçürməyə başlayır.

Bir təhər dözən küçə adamı ayılır. Birdən rəssamın çəkdiyi rəsm əsərinə baxaraq deyir:
- Mən bu əsəri görmüşəm.
Da Vinçi təəccüblə soruşur:
- Sən bunu harada görmüsən?
Avara deyir:
- Üç il əvvəl bir nəfər mənim rəsmimi çəkirdi, o zaman mən kilsə xorunda oxuyurdum.
Davamını oxuyum...
frakovski
Sonuncu şam yeməyi (it. Il Cenacolo və ya L'Ultima Cena) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi.
frakovski