"Bir mənzərə olduğundan xəbərsiz duruşun"
austen
yalnız qarşı cinsə yönəlik anlanan bir şey,halbuki insan pişiyi də sevə bilər,bağçadakı gülləri də,yeni doğan günəşi də.
resadism
'Əmək'.. Sevgi 'Əmək' verməkdir ...
ada2019
İlk dəfə biri gəlir , od vurur
Soyuqluq gedir , ruhun isinir
Yanırsan, küllərimdən doğdum deyə hayqırırsan
Sonra o alovun səni yaratdığının yox yaraladığının fərqinə varırsan
Yaranı soyutmaq üçün suya tutursan
Və çayda üzən balıq olduğunu anlayırsan
Boğulanda bayaq anladığının əslində sadəcə zənn olduğunu qəbul edirsən və boğularaq yanırsan
İndi sənin vəziyyət sənin qapılarına baxır.
Çox açıqdırsa qılınc izləridə əlavə olunur
Suyun içində yanaraq boğulursan , qan izi köpək balıqlarını çağırır.
Sonra biraz qalxırsan , güc verib qalxırsan
Gözlərini açıb özünü sahildə tapırsan
Nə boğulmursan nə yanmırsan
Qəlbin daxil qanamırsan
Sahilə çıxıb sənə baxan adaya salam verirsən
Gecələr balaca səsdən qorxursan
"Mən yanmaqdan qorxmadım" deyib sakitləşirsən. Bunu sənə ada xatırladır
Fırtına zamanı "Mən boğulmaqdan qorxmadım" deyib susursan və azad nəfəs alırsan. Bunu sənə ada başa salır
Tək qalmaqdan qorxmursan qanamaqdan qorxmadım deyirsən
Ada , ada yenə də ada , o izah edir hər şeyi
Sağaldır səni
Güldürür səni
Və bir cümləsiylə izah edir
Bunları sən bacardın mən sadəcə açarın oldum.
Və bir gün sığınmaqdan qorxduğun o ada ilə danışan zaman gəmi gəlir.
Alov peşmandır xəbərini gətirir
Su daha səni boğmaz deyir
Qılınc səni yox sənin dediklərini yaralayacaq deyir
Ada gedə bilərsən deyir
Amma getmirsən. İnsan evindən gedər mi?
Sən mənim adamsan !


Davamını oxuyum...
momteressa
Həyatımın ən çətin anında gəlib ən vacib detalı olduğun üçün səni bağışlamıram
Məni varlığınlada yoxluğunlada ağlatdığın üçün səni bağışlamıram
Məni verdiyin sözlərə inanmağa icazə verdin deyə səni bağışlamıram
Mənə gələcəyə dair hərşeyim olmağına imkan verdiyin üçün səni bağışlamıram
Məni heç vaxt o birisi kimi sevmədiyin üçün səni bağışlamıram
Məni sənə milyon dəfə olsa belə ehtiyacım olduğu üçün çağıranda gəlmədiyin üçün bağışlamıram
Mənə yaşamağa sevgisi qalmayanda səni çağırmağa xatirələr qoyduğun üçün səni bağışlamıram
Mənə hələ də şəklini görəndə ağlamağıma səbəb olduğun üçün bağışlamıram
Məni sağaldacaq birini gözləyərkən əvəzində eqoist birini verdiyin üçün səni bağışlamıram
Mənə bunları yazdırdığın üçün səni bağışlamıram
Məni itirməyin açarı itirməklə eyni dərəcədə olduğunu göstərdiyin üçün səni bağışlamıram
Məni onu unutmaq üçün seçdiyinə görə səni bağışlamıram
Mənə yoldan qopartdığın olsa belə bir çiçək vermədiyin üçün səni bağışlamıram
Mənə "səni bir gün qoyub gedərəm , çağırsan gəlmərəm" demədiyin üçün bağışlamıram
Bəlkə də bir gün bağışlayacam.
O gün ki
Sənin əslində beynimdə yaranmış bir illüziya olduğuna qəlbən inanacam.
Məntiqim artıq hazırdır. Qəlbimdən bir əmr almaq üçün hazırdır. Bax o gün səndə qram -qram dərk zərrəcikləri yaranacaq. Dərk edəcəksən ki əsl sevgini itirmisən. Dərk edəcəksən ki bir ömür boyu səni uçurama aparacaq bütün pis yönlərini məhv eləmək istəyən birini yarı yolda qoymus
Davamını oxuyum...
momteressa
hərkəsə kor olub yalnız onu görməkdir.
debian
bir insanın xəyalında canlandırdığı insan olduğunu düşünəndə başlayan, xəyalında canlandırdığı insan ilə əlaqəsi olmadığını anlayanda bitən hiss.
söz
İnsanı yoxdan var da edə bilən, vardan yox da edə bilən qavram.
l22aprell
47 illik həyat yoldaşını itirən qadının "indi mən dərdimi bölüşərkən danışmaq məcburiyyətində qalacam" deməsidir.
austen
sevgidir.
alessandro