yeddinci möhür deyə tərcümə olunan bu film, dünyanın ən yaxşı rejissorlarından olan İngmar Bergmanın ən yaxşı filmlərindən biridir. film rejissorun doğma dilində - isveç dilindədir. qara vəbanın yayıldığı dövrlərdə insanların cahilliyi, ölüm və inanc məsələləri ön plandadır. şəxsən mənim üçün ən gözəl dialoqlara sahib filmlərdən biridir. xüsusilə ölümlə olan dialoqlar, tanırını sorğulamaq, insanlıq duyğuları çox gözəl təsvir edilib.
paranoidandroid