bundan əvvəlki versiyası ilə müqaisədə gözümə çox daha estetik gəlir. bəzi funksiyaların əlavə edilməsi zənnimcə sözlüyü daha funksional hala gətirib. hər kəsin yeni versiyaya tezliklə adaptasiya olacağını güman edirəm.
alessandro
super. inkişaf etdiyini görmək yaxşıdır. visual olaraq daha da yaxşı hala gələ bilər zənnimcə. xeyirli uğurlu olsun deyək hamımıza.
sisifos
yazarların daha həvəslə yazmasına səbəb olacaq versiya. yenilik, yeni şeylər daima insanda həvəs yaradır.

gördüyüm qədərilə yeni versiyada mənfi və müsbət cəhətlər var. mənfilər:
1. tanımı redakte etməyə görə 1 balın silinməsi mənfi haldı. yazar bir balı silinməsin deyə oturub uzunmüddət düşünüb tanım yazacaq. nəsə fikir dəyişikliyi və yaxud qrammatik səhv olduqda bir bala görə dəyişmək istəməyəcək. bununla yanaşı mütəmadi dəyişən şeylər daha inkişafa açıqdı. (yazılar da buna aiddir) başının üstündə kimsə dayanıb diqqət edəndə işini görə bilməyən insan roluna bənzədi.
2. tanım-ı məcburi kateqoriyaya salmaq.
3. güdür, güdən, fav, müsbət/mənfi dəyərləri sıfırlanıb.
4. kiçik qrammatik səhvlərin olması. (örnək: gizlədiyim yox, gizlətdiyim)
müsbətlər:
1. gecə, gündüz modunun əlavə edilməsi.
2. kimlərin online olduğunu görmə.
3. profil bölümünün daha ətraflı olması. (qaralamalar, sildiyim entrylər, gizlədiyim başlıqlar, güddüyüm başlıqlar)
4. profil səviyyəsinin şaxələndirilməsi və xal sistemi.
5. başlıqların daxilinə "google-da axtar" özəlliyi.
6. tanım yazıldığı ilk saatlar yazıldığı tarixi deyil, neçə saat öncə yazıldığını göstərməsi.
ümumi götürdükdə sezdiklərim bunlardır. indi biriləri tanımı oxuyanda "day noldu yeni düzəldiblər o saat tənqid edib baltalayıbsız" deyə bilər, amma tənqid inkişafın təməllərindən biridir. sözlüyün yeni görünüşünə görə bütün yazarları və adminləri təbrik edirəm. əlinə sağlıq əziz şedevr!
Davamını oxuyum...
daniel