hərflərin orta yaş krizinə girib, rəqəmlərə dönüşərək tələbələrə iztirab yaşadan həmin o dərslik.
god dammit
tədris edən müəllimlərin qəribə zarafatlar etdiyi fənn
legend
əhəmiyyətini yaş ilərlədikcə anladığımız fənn
Şahənşah
Azərbaycanda bir çox insanların biliyi dəyərdirmə meyarı olaraq gördüyü fənn, məsələn:
-ən sevdiyin fənn hansıdır?
-ədəbiyyat
- əsas riyazıyyatı onu bilsən qurtardı
Yusub
azərbaycanda, türkiyədə o qədər də “ciddiyə alınmayan”, halbuki məşğuliyyətlərin ən vacibi, ən gözəli olan sahə.

keçən dəfə türkiyədə fizika fakültəsindən məzun olanların ilbəil statistikası verilmişdi, təəssüf ki, hər il məzunların sayı azalmağa doğru gedir. səbəbi fundamental elmlərin araşdırılmasına yetəri qədər maliyyə ayrılmamasıdır, ona görə də gənclər bu sahələrdə bir gələcək görmürlər.

istənilən halda (akademiyada gələcək qurma planlarınız yoxdursa belə) perspektivli ixtisasdır. data analizi, proqramlaşdırma, finance və s. istiqamətlərdə karyera qura bilərsiz.

bu il ada universitetində riyaziyyat ixtisasının tədrisinə başlanılıb, dərs proqramları kifayət qədər güclüdür, xarici universitetlərdə dəyişim (exchange) proqramları da var.

bu arada bakalavr pilləsində orta məktəbdəkindən təmamilə fərqli,isbata söykənən (proof based) dərslər görəcəksiz, xüsisilə həqiqi analiz, funksional analiz və s. saymaq olar.

ortaməktəb riyaziyyatında düsturlardan necə istifadə etməyi öyrənirsiz, dəqiq desək computation edirsiz əksərən. inteqralın necə hesablanacağını öyrənirsiz və tətbiq edirsiz. universitet riyaziyyatında isə hər teoremin isbatını ilmək-ilmək “hörməyi” öyrənirsiz, artıq düsturlar əzbərləmək yox, kreativ, məntiqi düşünmək tələb olunur və buna görə də bir çox tələbənin qorxulu yuxusudur ali riyaziyyat.
Davamını oxuyum...
grothendieck