taylor swift’in 6-cı studio albomu elektropop janrında olan reputation(2017)’a həsr olunmuş netflixdə yayınlanan konsert turudur. qısa videoları ilə qarşılaşırdım tez-tez,axırda izləməyə qərar verdim. başqa vaxt öz-özümə deyirəm bu qədər insan nəyə pul verib konsertə gedir,otursun evdən baxsın.amma bu cür performanslar izlədikcə adam istər-istəməz oranın havasının fərqli olduğunu hiss edir. konsert izlənməyə dəyər,həm ifalar olsun,həm xoreoqrafiyaları olsun və 2-3 mahnıdan bir dəyişən və albomun havasına uyğun olan geyimlər.bilmədim taylor atır yoxsa doğurdanda ən arxa sıraları görür(səndə də nə göz varıymış).qonaq sənətçilər – camila cabello,charli xcx,robbie williams,hayley kiyoko,niall horan,troye sivan,shawn mendes. biletlərin ortalama qiyməti 500-800 dollar,vip adam başı 1500 dollar.konsert turu, 2018,8 mayda glendale’də başlayıb 21 noyabr 2018-də tokyoda bitib,53 şounu əhatə edir.tur ərzində taylor 2000dən çox övladlığa götürülmüş uşaqları ailələri ilə birgə pulsuz şounu izləməyə dəvət edib.müğənni ilə rəqqaslar və vokalistlər arasındakı səmimiyyət də xoş təəssürat bağışlayır. müxtəlif mahnıların fərqli tərzdə və ya birləşdirilib oxunması da ayrı ləzzət elədi. mənim ən sevdiyim ifalar I did something bad və don’t blame me olduDavamını oxuyum...
chicxulub