Planetimiz etatistlər, siyasətçilər tərəfindən işğalda olduğu üçün həyatın hər sahəsində eyni problemlər var. Real problemlər qala-qala (aclıq, susuzluq, təhsilsizlik) bizi maraqlandıran odur ki məsəlçün: hansısa Qüds - biz orda heç vaxt olmamışıq İsrailin paytaxtı elan olunub və ya ayasofya məscid olub. Axı elə bir problem yoxdu, bu illuziyadı. Amma bu qədər texnoloji imkan ola-ola insanın aclıqdan, susuzluqdan, soyuqdan, təhsilsizlikdən ölməsi real problemdi. Ona görə millətçiləri, etatistləri söymək lazım deyil, onlara başa salmaq lazımdı ki, bu planetdə oynadığınız evcik-evcik oyunu artıq hamımıza ziyan vurur, heç bir problem həll etmir, əksinə problemlər yaradır. Bayraq, gerb, himn bunlar özü özlüyündə problemdi. Millətçilik, dövlətçilik bizi uçuruma aparır, planetin vecinə deyil nə bayraq nə gerb nə sənin ərazin, nə onun uğrunda ölən insanlar. Bütün bunlara biz məna vermişik, bunlar illuziyadır, həqiqət deyil. heç vaxt da olmayıb. 1 ağac əkmək, min bayraqdan daha vacibdi.
Davamını oxuyum...
frakovski