Mən elə bilirdim sənsiz ölərəm
Mən sənsiz ölmədim, məni bağışla!
"Ölmədim" deyirəm, nə bilim axı-
Bəlkə də, mən sənsiz ölmüşəm elə
Qəbirsiz-kəfənsiz ölmüşəm elə #RR
monoo13
Bu dünyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!
moxorovicic
Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur ,gün qurudur.
injivari
Qəfil gün doğsa bir gecə,
Dünya düm ağ işıqlansa;
Şəhər-şəhər, küçə-küçə,
Otaq-otaq işıqlansa,
Görərik kimlərin əli
kimlərin cibindən çıxır.
Kimlər əyilə-əyilə
kimlərin evindən çıxır
13cu yazar
Bu nə təhər darıxmaqdır?
Axı belə kim darıxır?!
Cibimdə əlim darıxır,
Ağzımda dilim.
zaid
Yenə də, açılar səhər qəfildən,
yenə də, sökülər qızıl dan yeri.
Bütün yer üzünün hər tərəfindən
görünər dünyanın sən olan yeri.
gulhappy
Səndə gez-tez bezəcəksən
Adam hərşeydən bezir.
Quşda uçmaqdan yorulur
Allahda göydən bezir.

Şair sözdən iyrənir
Sözdə şairdən bezir
Lap yüz ilin ölüsüdə
Birgün qəbirdən bezir.
fenix
başını dik tutub gəzdiyi yerdə
içindən yıxılır adam.
chomolungma