sadəcə konkret olaraq qrip üzərindən dəfələrlə sınaqdan çıxararaq kəşf etdiyim bir yöntəmdir.
(-spoiler-)
xəbər saytlarına filan oxşadım, amma bunu, həqiqətən də, tapmışkən paylaşım dedim.

deməli belə, dostlar. qripə tutulduğunuz o ilk anları hiss eliyirsiz də, elə deyil? aha, baxın o ilk dəqiqələrdən ya da saatlardan etibarən gedin, qəhvədanı qaynadın, qısa aralarla başlayın isti su içməyə. təbii ki, nə qaynar, nə də çox soyumuş şəkildə. çay barədə danışa bilmərəm, çünki ancaq su ilə yoxlamışam və uğurlu da olub. yenə o da nəticədə isti mayedi. əlavə detallar da yarana bilər sizlər tərəfindən, məsələn, mürəbbə kimi və s. amma mən şəxsən bu günə kimi hardasa 5-6 dəfə eləmişəm (ancaq su ilə) və hər birində də max. 1.5 günə qurtulmuşam bu zibildən. hətta bu ayın 4-ü futbola getdik uşaqlarla, qayıdanda bir də görürəm, uje ip əldən çıxır. burun da ki, siz də məni bağışlayın, nətər axıır.. həmin gün 3 stəkan qısa aralarla içdim suyu, yatdım. səhərisi gün burnuma çox az vaxt apardım dəsmalı, onun ertəsi gün uje heç nə qalmadı.

hər il onsuz da ən az 1 dəfə tutuluruq bu şeyə və görməyən, təbii ki, inanmaqda çətinlik çəkə bilər, ona görə də tutulsaz (lazımlı vaxtlardan iraq), siz yenə də yoxlayın.

(-spoiler-)
uzun ola bilər, uşaqlar. amma onu deyə bilərəm ki, həqiqətən, çox super bir şeydi.
sevgilərlə!
Davamını oxuyum...
italiano