piyada keçidində maşın saxlamaq

rip
avtobus şoferlərinə xas olan davranışdır. bundan 4 5 il əvvəl səkilərdə maşın saxlamaq mod idi ki, elə bil maşın sahibləri heç piyada olmayıblar. bu ölkədə sürücülərlə piyadalar arası hörmət ancaq piyada keçidində var o da tam hörmət deyil də qanuna görə olub desək daha doğru olar amma buna da şükür. addım başı dayanacaq bəs deyilmiş kimi sürücüdən daha düşüncəsiz olan bir sərnişin, atasının şəxsi malı misalı qəpik ilə şüşələri qıracaq vəziyyətə gətirib istədiyi yerdə enmə haqqına sahib olduğunu ağlına haradan gətirib başa düşə bilmirəm. həm dayanacaqdan kənar saxlayan şofer, həm düşüncəsiz sərnişin ucbatından çox hallarda piyada keçidində avtobusun saxladığını görə bilərsiniz ki, piyada yolu keçəndə qalır yolun ortasında hal belə ikən ölmə risqi də artır.