pişik sevməyən insan

axilles
uşaq vaxtı yaşadığı pis bir hadisədən ötürü sevməyən insan ola bilər. məsələn 25 yaşında qadın qohumum var toyuqdan qorxur. səbəbi isə uşaq vaxtı bir toyuqun bunu qabağına qatması və çatan kimi dimdik atması olub.
abirsiz
pişiklərin, insanlara ruhunun dərinliklərindəki sirrləri bilirmiş kimi qıyıq gözlə dik dik baxmaları səbəb ola bilər ki, insan onlara qarşı bir balaca narahatçılıq hissi keçirsin. amma sevməmək üçün bir səbəb görmürəm o balaca şirin heyvanı.