Bir çevrənin uzunluğunun diametrinə olan nisbətinə deyilir. π = 3,14159 26535. Və bu, yalnızca başlanğıcdı. Davam edir. Sonsuzadək. Heç bir təkrar olmadan. Bu onluq pillələrin arasında hər bir ədəd var. Doğum tarixiniz, şkaf şifrənizin kombinasiyası, şəxsiyyət vəsiqənizin nömrəsi. Hamısı bunun içində bir yerdədi. Və bu onluqları hərfə çevirsəniz, var olan bütün sözləri əldə edərsiniz. Körpə ikən ağzınızdan çıxan ilk heca, son sevgilinizin adı, başdan sona bütün həyat hekayəniz. Danışdığımız və ya etdiyimiz hər şey, dünyanın bütün sərhədsiz mümkünlükləri bu sadə çevrənin daxilindədir.

Person of İnterest
Davamını oxuyum...
fransuzkiilan
Rəqəmlərinin hər birini uyğun bir notla əvəz etdikdə maraqlı bir musiqi yaranan ədəd.Maraqlısı budur ki,pi ədədində rəqəmlərin sinxron təkrarına rast gəlinmir,bu səbəblə də musiqisindəki notlar da təkrarlanaraq hər hansı bir nəqarət və ya təkrar yaratmır.Bununla belə çox gözəl bir musiqi yaranır
Bu da linki:
[url]https://youtu.be/OMq9he-5HUU[/url]
moxorovicic