peşmanlıq

price
Hər səhər yuxudan durub o universitetə gedirəm. Başımı qatdığım üçün dostlarımı və 1 ilimi itirməyimi hər fikirləşdikdə bu hissi yaşayıram. (bax:hər şərdə bir xeyir var) deyiblər. Yaxşı ki də deyiblər. Sonrakı peşmançılığı boş ver ondan sonra çox daha gözəl şeylər gözləyir səni. İçin rahat, ruhun sevgiylə dolsun...
austen
İnsana "kaş ki" dedirtən hiss.
Etdiyimiz səhvlər üçün duyduğumuz peşmançılıq zamanla zəifləyər. Amma istəyib də, edə bilmədiklərimiz üçün duyduğumuz peşmançılığın düzəlişi yoxdur. Və biz bir ömür bu hisslə yaşayıb, öləcəyik. İstər etdiklərimiz, istərsə də etmədiklərimiz üçün.
coin
dərs alıb özümüzü və başqalarını bağışlamadıqdan sonra, üstümüzə ağırlıq etməkdən başqa bir işə yaramayacaq hissdir.