öz ölkənin polisindən qorxmaq

rip
bu gün şəhərdə anladığım şey oldu. yol keçməli idim amma yaxın yerdə nə piyada keçidi nə də yeraltı keçid yox idi. 20 30 metr uzaqlıqda cavan bir polis maşınlara yol göstərirdi. yaxınlaşıb haradan keçməli olduğumu soruşdum ki, birdən keçərəm gəlib mənə cərimə yazar. dedi burda piyada keçidi yoxdur. icazə istədim ki burdan qarşıya keçə bilərəm? dedi keç. bu hadisə yaşanmamalı idi amma rejim bizi bu yerə gətirib çıxarıb. xalqı qorumaq üçün təyin edilən polisdən xalq qorxmamalıdır. elə polislər var ki açıq ərazidə kamuflyaj olub güdürlər ki piyada xəttindən keçməyənləri cərimələsin. həqiqətən çox yaxşı polislər də var ki işini haqqı ilə yerinə gətirir vicdanla hərəkət edir. bu polislərimizin sayılarının artacağını ümid edirəm.