ölüm

alien
Baş verdikdən sonra sağlığında dəyər görməyən, adları xatırlanmayan insanların dəfələrlə yad edildiyi, insanların bir müddət göz yaşı töküb həyatda olan sevdiklərinə daha çox dəyər verməli olduğunu anladığı, lakin bir müddət sonra yenidən əvvəlki yaşam tərzlərinə döndüyü hadisə
gramafon
Kiminə görə qurtulmaq , kiminə görə isə qorxulu bir şey
Amma əslində ölüm əbədiyyətdir , ölüm yenidən doğulmaq , varikən yox olmaqdır .
Ölüm bir gülün ləçəyindən , meyvənin tumundan , həyatın hər yolundan gələ bilər .
Və təkcə canlılar ölmür , Ümidlər ölür , hisslər ölür , arzular və .s
Ölümlü dünyada ölümsüz olmaq üçün özünüzü öldürməyin