sadəcə bir intihar xəbərinin altında yazılan şərhlərə göz gəzdirdim.gəzdirməz olaydım,lağa qoyan kim,günahın hamısını intihar edənlərə atan kim.belələri olduğu müddətcə say da artacaq çox təəssüf.kaş bir-birimizi başa düşməyə çalışsaq, demirəm başa düşək,heç olmasa çalışaq. belə insanlar sanki klaviaturada hazır şəkildə gözləyirlər ki,xəbər paylaşan olsaydı qınayardıq hamını.intihar edənlərin psixologiyası fərqli olur,yalnız bir problemlə, yalnız bir insan üçün intihar edilməz.intiharı adiləşdirmək istəmirəm, amma günahın hamısı da qurbanda olmur ki.hamı eyni şəraitdə, eyni mühitdə, eyni tipli insanlar,valideynlər,qohumlarla yaşamır.internetdə gördüyüm bu cümləni çox sevirəm: kimsə sınanmadığı günahın məsumu deyildir.gəlin başqalarını günahlandırmazdan əvvəl özümüzü onların yerində təsəvvür edək.gec olmadan sevdiklərimizə vaxt ayıraq,sevgiylə yanaşaq,onları axıra qədər dinləməkdən çəkinməyək.Davamını oxuyum...
chicxulub