güzgüdəki görüntüyə heyran olan insan.
söz
Şəxsiyyət pozğunu. Özünü bəyənmiş, nə edəcəyini bilməyən (bax: psixopat sosiopat)
tima14
Dr. House yaxud Sherlock Holmes kimi insan tipləri. Real şəxsiyyət olmasalar da nümunə olaraq verilə bilər.
sisifos
özünə həddindən artıq aşiq olan insan tipi.
sariyevil
Salam mən gəldim.
Demək, bu gün tanımadığım bir gənc xanıma kitab seçməyə kömək edirdim. Üstündə "narsistlərlə həyat keçməz" deyə bir stat olan kitabı uzatdım baxması üçün. Aldı əlimdən, çoxdan oxumaq istədiyi bir kitab imiş. Sevinə-sevinə götürməyi qərara aldı. Kitabı uzadanda dedim "məncə də keçməz, yəni keçməməlidir". Cavab verdi ki, "mən illərdir keçirirəm,daha doğrusu anam". Başqa bir xanım da(nisbətən daha yaşlı) söhbətimizə qoşulub əlavə etdi ki,nəin ki anan, 90% Azərbaycan. Acınacaqlıdı. Təəssüf. Acınacaqlı və həqiqət. Yeri gəlmişkən niyə bütün həqiqətlər acınacaqlı olur ki? Bəs deyirdik həqiqət gözəl şeydir. Onda niyə gözəl həqiqət haqqında yazdığımı nə vaxtsa xatırlamıram? Nə isə bu bir az uzun məsələdir. Sonra müzakirə edərik. Yəni dediyim odur ki, qız atasından bəhs edirdi.
Heç tanımadığı bir insana atası haqqında danışırdı. Üstəlik bu cür tərəddütsüz, üzündə acı təbəssüm, gözlərində "mən onsuz da çoxdan bununla barışmışam" ifadəsi və simasında qəribə bir qəbullanma ilə. Gözləri eləbil qəlbində olmayan sevgini hayqırırdı(amma sakitcə).
Yalvarıram qızlarınızın,övladlarınızın qəlbinə girməyi bacarın.Həyat çox qısadır. Vallah qısadır. Hər şey bir yana hamımız geckirik başa düşürsüz? Çox gecikirik.Yaşamaq üçün,bütün bu boşluqları doldurub,yarımçıq qalan hər şeyi tamamlamaq üçün çox gecikirik.
Davamını oxuyum...
Bozfillifilosof
"Gəl bərabər məni sevək."
austen