müalicəsi olmayan azərbaycanlı xəstəliyi

axilles
yolda gedən qıza söz atma, onunla əlaqəli olmayan söhbətə burun soxma, kimliyi məlum olmayan birisinin qəlyanla şəkil çəkdirib dumanı kameraya üfləməsi, şəhərin bomba kimi təmiz yerlərinə zibil atma, s.m da qızların bütün rəylərinə paz olmaq.
mercy
Həkimə güvənsizlik: ciddi sözümdü xəstəxanaya gedib həkim qan testi yazdı deyə söyüb batıranları mı desək yoxsa həkimin yazdığı heç bir dərmandan istifadə etmədiyi üçün vəziyyəti daha da pisləşdiyi üçün qarğış edəni mi? Güvənmirsinizsə ən başdan gəlməyin sonradan edilən qarğış sonra öz evinizi yıxır.
qasam
"Yoxdur" sözünü qəbul etməmək:
"- çörək var?
+ yoxdur.
- heç yoxdur?
+ biraz var, amma ona da çörək deməyim gəlmir." - bu və buna bənzər dialoqlar çox yaşamışam, şahidi olmuşam.