lonqyirbüen şəhəri haqqında maraqlı faktlar

chomolungma
(bax:longyearbyen)

qanunla bu şəhərin ərazisində ölmək qadağandır. kimsə ciddi xəstələnə və ya ölümlə nəticələnən qəza keçirərsə, o, hava və ya dəniz yolu ilə norveçin fərqli hissəsinə köçürülür, müalicə edilir yaxud ölübsə, basdırılır. səbəb isə sadədir. şəhərdə hava çox soyuqdur, buna görə də burda basdırılan meyitlər heç vaxt çürümür və ağ ayıları şəhərə cəlb edir.

həmçinin bu bölgə ağ ayıların çox yaşadığı yerdədir deyə bütün insanlara "silahdan istifadə" dərsləri keçirilir.

bu şəhərdə qlobal bir fəlakət zamanı məhv olan bitkiləri yenidən bərpa edə bilmək üçün bmt-nin himayəsi altında "dünya toxum anbarı" var.

lonqyirbüen şəhəri Norveçin Svalbard əyalətinin inzibati mərkəzidir. şəhər 1906-cı ildə salınıb. ərazisi 242.86 km²-dir. əhalisi isə, təqribi, 2000 nəfərdir.