lətifələr

salamxanim
bir gün bir azərbaycanlı, bir ingiliz və bir fransızın hərəsinə bir meymun və içi banan dolu ev verib deyirlər ki, alın götürün meymunları evə, hərəvizə 1 ay vaxt, meymunu bir otağ dolu bananla əhliləşdirib öz dilində cümlə dedizdirə bilənə ürəyi nə istəyirsə verəcəyik. nəysə vaxt keçir vədə yetişir, 1 ay sonra gəlirlər yoxlamağa ki görək bacaran olub bunu ya yox. ilk gedirlər ingilizin evinə, görürlər meymun bütün bananları yeyib ingiliz meymuna yalvarır ki nolar cümlə cəhənnəmə heç olmasa bir dənə söz de, meymunun heç vecinə deyil. sonra gedirlər fransızın evinə görürlər orada da meymun bütün bananları yeyib fransız meymuna yalvarır ki nolar bircə dənə də olsa fransızca söz de, meymunun yenə vecinə deyil. axırda gedirlər azərbaycanlının evinə baxırlar azərbaycanlı bütün bananları yeyib, meymun azərbaycanlıya yalvarır ki məmməd nolar bi dənə də mənə ver.
salamxanim
bir gün bir ağ ayı olur, anasının yanına gəlib deyir:
+ ana biz soyuq iqlim heyvanıyıq hə?
- hə oğlum.
+ yəni bizim dərimiz soyuqa davamlı formalaşıb hə?
- hə oğlum, düzdü.
+ atamda ağ ayıdı hə ?
- hə oğlum.
+ sende ağ ayısan? bir sözlə sülaləmizdə qarışıq yoxduki? babam, nənəm də ağ ayıdı? suallardan bezen ana deyir:
- hə oğlum biz sülaləlikcə ağ ayıyıq, heç bir qarışığımız yoxdu, antraktida da yaşayırıq...
+ ana sən atama xəyanət etməmisənki ?
- yox oğlum, bu nə sualdı...?!
+ üşüyürəm, var - yoxuna lənət üşüyürəm.