kurt cobain

orwell
Niravana grunge rock bandının solisti. Çətin və bir o qədər üzücü həyat hekayəsini 27 yaşında silahla başına atəş açaraq intihar etməsiylə bitirib. Bəziləri bunun intihar yox cinayət olduğunu düşüb onun elədə çox sevmədiyi həyat yoldaşından şübhələnsədə şübhələr olduğu kimidə qalıb.
İntihar məktubu:
Uşaqca şikayətləri olan, yorulmuş, təcrübəli bir axmaq kimi bu məktubu yazıram. Məncə bu yaxşı başa düşülən bir məktub olacaq. Artıq uzun illərdir ki, oxuyub yazmaqla bərabər qulaq asmaq və yaratmaqda olduğu kimi həyəcan ala bilmirəm. Bunun üçün buraya yaza bilmədiyim bir günahkarlıq hiss edirəm. Məsələn: Səhnədə olanda və işıqlar sönəndə insanların qışqırıqları pərəstişkarı olduğum və qısqandığım Freddi Merkyuriyə təsir edən kimi mənə təsir etmədi. Bu həqiqətdir. Sizin heç birinizi axmaq yerinə qoymaq istəmirəm. Bu nə sizin nə də mənim üçün ədalətli olmazdı. Məncə ən böyük günah insanlara yalan danışıb özümü həddindən artıq əylənirmiş kimi göstərmək olardı. Hərdən səhnəyə çıxmamışdan qabaq saatı yumruqlayıb zamanı dayandırmaq istəyirdim.
Çox çalışdım ki, bunlara dəyər verim.Amma bunu nə qədər elədimsə heç bir xeyri olmadı.Mənim və ya bizim bir çox insanı təsirləndirdiyimiz və əyləndirdiyimiz həqiqətinə hər zaman hörmət edirəm. Mən çox həssasam. Uşaq vaxtı sahib olduğum həvəsi yenidən qaytarmaq üçün bir az yatmağa ehtiyacım var. Son üç konsertimizdə şəxsən tanıdığım insanlara və musiqimizi sevənlərə doğrudan da çox yüksək qiymətləndirdim, amma hələ də hamıya qarşı hiss elədiyim əsəbilik və günahkarlığı özümdən uzaqlaşdıra bilmədim. Hamınızın daxilində bir yaxşılıq yatır və mən insanları doğrudan da çox sevirəm. O qədər çox sevirəm ki bu məni bədbəxt edir. Ehtiras və anlayış andı içən cazibəli bir arvadım və mənim əvvəlki vaxtlarımı xatırladan bir qızım var. Hər kəsi öpən bu nəşəli uşaq ona heç kimin zərər verməyəcəyini çox gözəl bilir. Francesin (qızı) özünə zərər verən ölü bir rokçu olduğumu düşünəcəyini fikirləşəndə dəli oluram. Yeddi yaşından bəri insanlara ümumilikdə nifrət edirəm. Ancaq ona görə nifrət edirəm ki insanlarla yola getmək çox asan görünür. Anlayış! Məncə insanları çox sevdiyim və onlara çox yazığım gəldiyi üçün bu da bəs edər. Keçən illərdə məktublarınız və maraqlandığınız üçün mədə ağrısı cəhənnəmindən hamınıza təşəkkür edirəm. Hal-hazırda çox qərarsız və ümidsizəm. Artıq əvvəlki həyəcanımdan əsər belə qalmayıb. Bunu isə yadınızdan çıxarmayın: solub getməkdənsə, yanıb kül olmaq daha yaxşıdır. Sülh, sevgi və anlayış ümidilə.
Frences və Courtney(arvadı) mən həmişə sizin yanınızda olacam.
Xahiş edirəm, Courtney, davam et.
Mən olmadan daha xoşbəxt olacaq qızımın həyatı üçün."
nichtsein
' where did u sleep last night ' və ya ' my girl ' kimi də tanınan parçasını dinləməyinizi şiddətlə tövsiyə etdiyim nirvana ( rok qrupu ) 'nın solisti.

(bax:rip)