kişilərin qız kimi saç uzatması

debian
saç uzatmağın cinsiyyətlə əlaqəli olmadığı həqiqətini unutmuş insanların " qız kimi " deyərək gic gic danışmasının nəticəsində yaranan söz qalıbı. böyük ehtimal ata ananın sıxlıqla istifadə etdiyi sözlərdən biridir.
louis pasteur
unutduqları şey: hər saçı qısa olan şəxsin kişi olmadığı kimi, hər saçı uzun olanın da qız olmadığı faktıdır. necə ki, hər oxuyanın molla pənah olmadığı kimi.
abirsiz
kişilərin saç uzatması söhbətini başa düşdüm amma bu qız kimi söhbəti mənə qaranlıq qaldı. məgər ayrı cür saç uzatma yöntəmi filan var biz bilmirik?