kimya

louis pasteur
Aşağıdakı hekayəsiylə beynimə qazınan texniki fənn.

Deməli, illər əvvəl 4-cü qrupa hazırlaşmayan vaxtlarımdı hələ. Dərs falan elə də vecimə deyildi o zamanlar. Amcaq, kompyuterdə oyun falan.

8-ci sinifə keçirdik. Və eşitdiyimə görə bu ilki müəllim pərvanə müəllim olacaq. Hansı ki, bir nar ağacından ağacı var məndən belə yaşlıdı adama ot qoyur elə bir ağac idi. Dərs oxumayan oğlanları lövhənin qabağında çırpır, qızları isə saçlarından tutub dartırdı. Dərs öyrənməyib deyə.
Birincisi, döyülməkdən xoşum gəlmirdi hər insan kimi. Amma ara məhəllə deyilən uşağı olduğum üçün. Üzsüzləşmişdim. 3-4 məmmədə 7-8 saat işləyən birisi hər halda üzsüzləşər. Bir üzüvə tüpürəndə, çevirib deyirsən ki, buna da tüpür. Nəysə mövzu bu deyildi. Beynim hər tərəfli işləyirdi bu səbəbdən. Hər işdə olmuşdum deyə. Hər işin hər bicliyində peşəkar idim.

Pərvanə müəllimin şərti çox sadə idi; 5 cümlə, 2 reaksiya öyrən, gəl danış. Summativə də 5-i yazsın. Əlbətt də, bu mənim üçün çox yaxşı təklif idi, amma oxumaqla mən tərs idim 9-cu sinifə qədər.

Müəllimnən belə bir şey danışdım; "məllim, 12 reaksiya öyrənəcəm, amma istədiyim mövzudan. Dərsi də öyrənməyəcəm" müəllim razılaşmışdı. Dediyindən on reaksiya daha çox öyrənəcəkdim.

Deməli, taktikam bu idi baş parmağımdan başqa, bütün barmaqlarımın bitişən yerlərinə reaksiya yazıb, lövhədə köçürdəcəydim. Çıxırdım, 12 reaksiya yazırdım summativə də 5 alırdım beləcə.
Müəllim bilir köçürdürəm, amma hardan.
+məllim, gəlim yazım reaksiyaları?
- gəl, kimya dahisi.
- x, əllərivə baxım hələ.
Göstərirdim, amma barmaqlarımın arası görünmədiyindən əlimin içi təmiz görsənirdi. Və yenə yazıb, beşimi alırdım.
İlin axrında bir qız dediyinə görə müəllimin xəbəri olmuşdu. Belə də problem deyildi mənim üçün. artıq beşimi almışdım.