bir gün oyanacaqsan və görəcəksən ki, artıq 70-i haqlayırsan.

-komfort zonana sığınıb sevdiyin işlə məşğul olmağa cəsarət etmədiyini
-həyatının sevgisini qüruruna qurban verdiyini
-yağış altında heç vaxt tanqo oynamadığını anlayacaqsan.

-başqalarının xoşuna gəlmək üçün heç vaxt özün olmadığını
-uca binanın başına çıxıb ən gur səsinlə qışqırmadığını
-səni vaxtilə üzən böyük problemlərin, əslində, nə qədər kiçik olduğunu
-sevdiyin insanlara onları nə qədər çox sevdiyini yetərincə demədiyini başa düşəcəksən.

-paraşütün açılmayacağından qorxub hoppanmadığın dağ başını
-soyuq olduğu üçün çimmədiyin dənizləri
-nə cür keçdiyini hiss etmədiyin günləri
-isti olduğu üçün saatlarla çıxmadığın yatağı
-televizor qarşısında boş yerə keçirdiyin saatları
-öyrənməyə vaxt tapmadığın pianinonu, gitaranı
-düşüncələrini həmişə çox ciddiyə alan qonşuları
-telefonun bir oğru kimi səndən oğurladığı ayları, illəri
-tənbəllik edib getmədiyin yığıncaqları xatırlayacaqsan.

-üzmədiyin okeanları
-səyahət etmədiyin ölkələri
-fəth etmədiyin dağları
-tanış olmadığın insanları
-dadına baxmadığın yeməkləri
-yazmadığın ad günü açıqcalarını
-öyrənmədiyin rəqsləri
-yetərincə qucaqlamadığın dostları düşünəcəksən.

bu düşüncələr sənin ürəyini parçalayacaq. bunun olmasına imkan vermə. sonda “kaş peşman olmazdım” cümləsini dilinə almağa məhkum olanlardan olma.

Davamını oxuyum...
chomolungma