istifadə qaydaları və əçvs

söz
sözlük nədir?

sözlük yazarların tənqid, sarkazm və bilgiləndirici mövzularda başlıq açıb tanım bildirə biləcəyi bir platformdur.

Yazar olmaq üçün nə etməliyəm?

sözlükdən qeydiyyatdan keçdikdən sonra ən az 5 başlığa tanım yazmalısınız. bu tanımların sizi tanımağımız üçün ilk addımınız olduğunu unutmayın. buna görə də tək cümləlik tanımlar yerinə, başlıq haqqında əsas məlumata sahib olan 2 3 cümləlik tanım yazmalısınız. 5 başlıq ilə özünüzü limitləməyin. nə qədər çox yazsanız o qədər həvəsli olduğunuzu, nə qədər yazar olmaq üçün çabaladığınızı anlamağımıza səbəb olacaq və yazar olma ehtimalınızı yüksəldəcək.

Başlıq nədir necə açılır?

yazar olduqdan sonra istədiyiniz mövzu haqqında yazmaq üçün əvvəla başlıq açmalısınız ki bütün tanımlar o başlıq altına yazılsın. başlıqlar təyini söz birləşmələri formasında açılmalıdır və onun sözləri, flankəsdən misralar və bənzəri altına tanım yazılmayacaq formatda açılmamalıdır. bu formatda yazılar internetdə tonla var. başlıq açmaq üçün sözlüyün axtarış yerinə açmaq istədiyiniz başlığın adını yazıb axtarın. əgər sizdən əvvəl biri o başlığı açıbsa siz sadəcə tanım yaza bilərsiniz.

açmaq istədiyiniz başlığın ilk 3 4 hərfini yazdığınız zaman oxşar başlıqların sizin üçün sıralanacağınız görəcəksiniz.

entry(tanım) nədir?

entry başlıqda qeyd edilən mövzu haqqında tanım yazmaqdır. Entrydə sual vermək, mövzudan kənar yazı yazmaq, başlıqda sözü gedən mövzu haqqında həddindən artıq şişirdilmiş ifadələr, sadəcə duyğu ifadələri, söyüş söymək, təhqir etmək və bu tip yazılar yazmaq olmaz. Entrydə adı gedən mövzu haqqında mən bunu sevmirəm, xoş deyil, aha düzdür, gülüş işarətləri vs kimi yazmaq olmaz və luğətdəki hərflərimizdən düzgün istifadə etməlisiniz.

Kateqoriya/Etiket nədir?

kateqoriya/etiket sadəcə entryə verilir. Saytın sol panelində etiketlər düyməsi mövcuddur. Orada qeyd edilən kateqoriyaları sayta daxil olan oxuyucular seçərək həmin kateqoriya haqqında yazılan entryləri oxuya bilərlər. Entrynizə kateqoriya daxil etmək istəyirsinizsə, entry yazdıqdan sonra alt tərəfdə yerləşən "kateqoriya düzənlə" ikonundan istifadə edə bilərsiniz.

Bax etiketi nədir?

bax etiketi entrydə hərhansı bir başlıqdan stat gətirdiyiniz zaman, o başlıqın adını bax etiketləri içinə yazsanız entrynizdən birbaşa o başlıqa keçid yaranmış olar.

bax etiketindən istifadə etmək üçün, stat gətirəcəyiniz var olan və ya olmayan bir başlığın adını yazıb üstünə iki dəfə vurun sonra isə bax düyməsinə basın. bir başqa cür; əvvəla bax düyməsinə vurun sonra açılan tagların ortasına başlığın adını yazın

məsələn: (bax:istifadə qaydaları və əçvs)

ebax etiketi nədir?

hər hansı bir entrynizdə başqa bir entrydən stat gətirmək istədiyiniz zaman istifadə edilir. ebax etiketinə vurduqdan sonra stat gətirəcəyiniz entrynin id nömrəsini etiketin içinə yazın.

Profilə necə şəkil(avatar) yerləştirə bilərəm?

Profilinizə daxil olub sistemin sizə təyin etdiyi şəklin üzərinə basıb komp/mobil galerisindən .jpg formatında şəkil seçib yerləştirə bilərsiniz.