isgəndərin buynuzunun olması

moxorovicic
Rəvayətə görə bir gün yeni bərbəri Makedoniyalı İsgəndərin saçını qırxarkən əli İsgəndərin buynuzuna ilişir.İsgəndər ona səsini çıxarmamasını,yoxsa aqibətinin ondan əvvəlki bərbərlər kimi olacağını deyir.
Bir neçə müddət keçir,bərbər bu sirri heç cür özündə saxlaya bilmir,bölüşmək üçün bir kor quyunun başına gedir və "İsgəndərin buynuzu var" deyə qışqırmağa başlayır.
Bir neçə müddət sonra ordan keçən bir çoban quyunun yaxınlığında bitmiş bir qamışdan tütək düzəldir.Tütəyi çaldıqca tütəkdən "İsgəndərin buynuzu var" cümləsi ətrafa yayılır və beləcə hər kəs İsgəndərin buynuzu olduğunu öyrənir.