intihar məktubu

austen
Yüzminlərcə çeşitləməsi olabiləcək məktubdur.
Bunu yazanların həyatı dəli kimi sevdiklərini düşünürəm. həmçinin yaşamağa inanclarının qalmadığını da.
qasam
"Özümə baxdıqca içimdən ağlamaq gəlirdi. Gənclik, gözəllik və səadətin ən yüksək dərəcəsinə çatmışdım. Bundan yuxarısı təsəvvür edilə bilməzdi. Evləndiyim adamla çox sevişirdik.
Bir müddət sonra bu sevgi eyni dərəcədə qalmayacaq, həyacan və ehtirasından çox şey itirəcəkdi.
Bu azalma bəlkə də bu gecənin səhərindən başlayacaqdı.
İndiyə qədər demək olar heç matəm görməmişdim. Bütün sevdiklərim ətrafımda yaşayırdılar. Onlar bir-bir ölməyə başlayacaqdılar. Nəhayət, bu gözəllik heç vaxt bugünkü qədər təsirli olmayacaqdı. Güzgüdə izlədiyim bu çöhrə yavaş-yavaş pozulmağa, yaşlanmağa başlayacaqdı.
Sevgimi, sevdiklərimi, gəncliyimi, gözəlliyimi tədricən itirmək fikri məni dəli etdi. Niyə ən xəşbəxt olduğum bu anda öz ixtiyarımla ölüb getməməli? Niyə ölmək üçün qocalığı, xəstəliyi, sevdiklərimizdən bəzilərinin ölümünü, bəzilərinin laqeydliyini gözləməli? ...
Əslində, bir çox kimsələr müsibət və iztirablarına dözə bilməyərək özlərini öldürürlər, məni isə səadətin ifratı öldürdü."
Qeyd: bu məktub (bax:reşat nuri güntekin)in "bir intihar şakası" adlı hekayəsindəndir və gəlin olduğu gün özünü həyat yoldaşının silahıyla öldürən qıza məxsusdur. kitabın adı: (bax:leyla ilə məcnun)