inside job

moxorovicic
(az : daxili işlər/daxili iş) 2010-cu il ABŞ istehsalı sənədli film."Ən yaxşı sənədli film" nominasiyasında Oskar mükafatına layiq görülüb.
Film 2008-2009 maliyyə böhranını,onun arxa planını,təqsirkarları və üçüncü şəxsləri təsvir edir; maliyyə terminləri və sistemi haqqında heç anlayışı olmayan insanlar üçün belə çox sadə bir dillə böhranın necə yarandığını və nəticələrini açıqlayır.
Filmə baxarkən yalnızca 2008 maliyyə böhranı haqda bilik və görüş yaranmır,ümumilikdə kapitalizm haqda,dünyanın "ən demokratik" ölkəsi olan ABŞ-da belə böyük maddi maraqlar qarşılığında qanunların necə pozula biləcəyi haqda məlumatlar üzə çıxır.
ən əsası isə,varlıdırsa və əlində heç kimin bilməyəcəyi məlumatlar varsa,hətta dünya iqtisadi sisteminin "sui-qəsdçilərinin" belə heç bir cəza almayıb,əksinə,mükafatlandırılacağı,və bu dünyadakı hər şeyin "kasıbın başında partlayacağı" həqiqəti bu filmin göstərdiyi həqiqətlərlə bir daha təsdiqlənmiş olur