uğur

paradid
Qapılar bağlananda qatara çatmaq, dərsə qayıb yazılmadan əvvəl çatmaq, keçid balı ilə keçmək və daha nələr nələr

matrix

louis pasteur
(bax:the matrix)

Həyatım boyunca izlədiyim ən mükəmməl filmdir.
Filmdəki kiçik göndərmələr, hər kəsin anlamayacağı kiçik işlər. filmin işləyişi belə şedevrdir. Bir daha o tərz filmin gəlməyəcəyi gerçəyi üzücüdür.
(bax:matrix 4)

şedevr sözlük üçün təkliflər

louis pasteur
Sözlük yazarlarının sözlükdə görmək istədikləri yenilikləri dilə gətirmək üçün açılmış başlıq.

Sözlükdə mənə görə iki çox böyük əksik var bunu dilə gətirim birinci o biri qarışıqdı. Sözlük 1 ildən çoxdu açılıb, amma “dark mod” yoxdur hələ də. Başa düşürəm, gəlir güdməyən bir quruluşdur. Amma heç olmaya bunu edək də, uşaqlar. Sözlüyə donate də edə bilərəm bunun üçün yetərki dark mod olsun.

Hə, keçək əsas məsələyə.

Baxın bu başlığı indi mən açdım. Başqa yazar gəlib entry yazanda əsas sol frame yox, ən yenilərə düşür. Bu ciddi problemdi açığı. Elə bil ki, bu yazarın yazdığı önəmsizdi. hələ 30-40 entry girilmiş başlıqlara yazırsan, düşür ən axıra. Klikləyirsən başlığa ən yeni yazılan entry yerinə 1-ci entry'ni göstərir. gərək aşağı sürüşdürüm, 4-cü page'ə klikləyim yenə aşağı sürüşdürüb, axrıncını tapım uzun storyadı. Onun yerinə x başlığına girilən entry əsas sol frame'də görsənsin. Və həmin ora da girəndə axrıncı entry gözüksün.

Son olaraq. Bunu mənfiləyin ya da müsbətləyin ki, fikrinizi də bilək ən azı bu entry'nən, uşaqlar

joji

alessandro
Rəsmi adı ilə, Corc Kusunoki Miller, yapon-avstraliyalı müğənni, bəstəkar, reper, aranjemançı, komik aktyor və internet fenomenidir. Ona ən çox məşhurluq qazandıran (bax:slow dancing in the dark) mahnısıdır. Hal-hazırda abş-da yaşan musiqiçi nevroloji problemlər yaşadığı üçün youtube kariyerasını yarımçıq qoyub.

sevgi nəyə bənzəyir

mixaylo
Sevgi əslində Qarpız kimidir... bəli qarpız.
Belə ki, çox insan qarpızı tək yemək istəməz. Heçkəs kənarı ləkəli olan qarpızın dadına baxmaq istəməz. Hərkəs ən dadlı qarpızı axtarar. Amma ən əsası sonda hamı öz gücünə çatan qarpızı daşıyar
Və.. bu "gözəl" həyatda 1 əldə 3-4 qarpız tutmaq istəyənlər də var