belə bir şeyi yaşayanda kompüter qarşısında oturub oyunskor-da hansı oyunu açacağımı seçə bilmirdim. internet qoşulana kimi ağlımda o qədər xəyallar var idi ki, bəs "onu oynayacam, bunu oynayacam" deyə. bir az beynimdə bu barədə xaos yaransa da, həqiqətən də, bir şeyin həmin anda əldə edilə bilməməsi nəticəni daha da dəyərli edir, nəinki hər şeyin əlinin altında olması.
(spoiler: *uzun olsa da, qeyd eləməliydim.*
belə özüm "oyun! oyun!" salsam da, gündə 1-1.5 saat civarında oynayırdım. çünki bir şeyin dadına baxdımsa, sonra həvəsim ölürdü ona qarşı. şəxsən öz övladımı belə bir şeydən müəyyən qədər uzaq tutmağa çalışacam. yəni hər şeyin öz limiti var. hələ indikilər artıq rüşvətə meyillənir balaca yaşlarından. "telefonu/planşeti ver/kompüteri aç, yeməyi yeyim". puah, sən Allah! həqiqətən də, vəziyyət acınacaqlıdır. düşüb aşağı uşaqlarla futbol, gizlənqaç oynamaq əvəzinə bütün günü gözlərini zilləyirlər telefona. təbii ki, mənim də qüsursuz şəcərəm yoxdur, belə şeylə rastlaşanda özləri ilə də, valideynləri ilə də danışmağa çalışıram. ağıl öyrətmək kimi anlaşılmasın, amma bu yolla sosial həyatdan qopur hamısı. çoxumuz da fərqindəyik. uşaq bu vaxtında çıxıb gəzməlidir, atdanıb-düşməlidir, ya da evdə telefona girincə puzzle-ı filan söküb-yığmalıdır. fikrimcə, hər bir valideyn balasının qarnına bir tikə çörək gedəcək deyə telefonu filan qoymamalıdır uşağın qabağına. işləri asanlaşsın deyə belə bir şeyə əl atmamalıdırlar. uşağa da yerində
Davamını oxuyum...(spoiler: *uzun olsa da, qeyd eləməliydim.*