hicab taxmaq

rip
islamı qəbul etmiş müsəlman bir qadının sırf islamın buyuruğu olduğu və öz istəyi ilə etdiyi azad hərəkətdir. günümüzdə bunu da modaya çevirən xanımlar təəssüf ki hicabın haqqını vermir.
bysabina
İllər əvvəl təzə ateist olduğum zamanlar dinlər haqqında çox araştırma edirdim. İslamda görəsən niyə örtünmək (yəni hicab) buyurulub maraqlı gəldi. Baxdım. Baxmaz olaydım.
lily
Ərəb dilindən tərcümədə "pərdə,örtük" mənasına gələn.bir çox müsəlmanların yalnız qadınlara aid etdiyi,lakin zənnimcə həm kişi,həm qadına gərək olan anlayış..pis vərdişlərə,abıra,həyaya,nəfsə çəkilən örtü..
buttercup
Səni daha təmiz daha əxlaqlı ya da radikal dindar etməyəcək həmçinin bəzi qızların biosuna əlxamdulillax yazıb pp-sinə hicablı qız şəkli qoymaqla oğlanlara özünü məsum göstərməyə çalışmalarına səbəb olan və hər cür əxlaqsız əməl yiyəsi olub onu taxanda anidən əxlaqlanacağına inandığı bir örtüdür