bu sualı google'a ingilis dilində 'what is the answer to life the universe and everything' deyə yazsanız, sizə 42 cavabını verəcək.
abirsiz
(bax: ekzistensializm)
(bax: özünəməxsusluq)
truthisme
Anı yaşayıb,insanları düşünmək.
silent
Kim nə qeder desədə ki həyatın mənası odur budur. Xeyr həyatın mənası yoxdur. Onu axtarmaq isə boş bir qutuda nəyisə axtarmaq kimi bir şeydir.
monoo13
Çox qədim zamanlarda bir adam həyatın mənasının nə olduğunu axtarıb tapmaq qərarına gəlir. Tapdığı heç bir cavab ona yetərli gəlmir və başqalarından soruşmağa qərar verir. Amma aldığı cavablar da onu qane etmir. Fəqət bunun mütləq bir cavabı olmalı deyir..Və dolaşıb hərkəsdən bunu soruşmağa başlayır. Kənd, qəsəbə, ölkə- həryeri dolaşır. Bu arada da zaman axıb gedir təbii ki.tam ümidini itirmişkən bir kənddə danışdığı insanlar ona "bu qarşıdakı dağları görürsən, orada bir qoca yaşayır. istəsən onun yanına get. bəlkə o sənə axtardığının cavabını verə bilər"- demişlər.
Çox çətin bir yollardan sonra nəhayət yaşlı adamın evinə gəlib çatır. Qapıdan içəri girir və qocadan həyatın mənasının nə olduğunu soruşur.
Qoca" bunun cavabını söyləyərəm amma öncə bir sınaqdan keçməyin lazımdır" deyir.
Adam qəbul edir. Qoca isə bir çay qaşığına zeytun yağı doldurub adamın əlinə verir."indi çıx və bağçanı gəz təkrar bura gəl. amma diqqətli ol, qaşıqdakı zeytun yağı tökülməsin. Əgər bir damla əksilərsə, uduzarsan". Adam gözü çay qaşığında bağçanı gəzib gəlir. Qoca baxıb, "hə" deyir, "qaşıqda yağ əksilməyib ,bəs bağça necə idi(!).
Adam duruxur:- "Amma mən qaşıqdan başqa bir yerə baxmadım ki...". " indi təkrar bağçanı gəz, qaşıq yenə əlində olacaq amma bu dəfə bağçanı seyr et gəl" deyir Qoca. Adam təkrar bağçaya çıxır, gördüyü gözəlliklər onu heyrətləndirmişdi. möhtəşəm bir bağça idi çünki. Geri gəldiyində qoca ,ad
Davamını oxuyum...
austen
Hər gecə eyni ulduza baxdığını sanıb özünü aldatmaq
fridayzb1905
İnsanın yaranandan bəri cavab axtardığı sual
marceline
Böyük filosofçuların və düşünürlərin həyatları boyunca axtardıqları şey
hazretiazer
Məna yoxdur, mənanı biz yaradırıq
starrynight
Bəlkə elə budur səhv nələrisə düşünməklə
Həyatın ləzzətlərinə xətt çəkmək üç dörd cümləylə
İçimdəki səs səhvdi bəlkə, yox heç nə müqəddəs
Və həyat bitir doğulub, çoxalıb, ölməklə
(bax: qaraqan) balıqların duası
sisifos