həkim olmağın çətinlikləri

louis pasteur
Söhbət (bax:azərbaycanda həkim olmaq)dan yox, ümumilikdə baxdığın zaman çətinliklərdən, həyata təsirindən söhbət gedir.

Ədəbaz kəsimdən olduğuma görə bir neçə şey demək mənə də düşür.
Birincisi: təzə başlayan tibb tələbəsi üçün, yəni bütün nəslin gözbəbəyi olan, nəslin 500-lük “лампочка„sı halını almış gənc xanım/bəyimiz ilk əməliyyat otağında həkimliyin ən çətin yanıyla-iyrənməməklə qarşılaşır. Nədən iyrənməməlidir? Əməliyyat bitir, xəstəni yerində uzadırıq ki, özünə gəlsin, oyansın. Oyandıqdan bir neçə saat sonra özündə olmayan xəstənin yanında yemək yeyən biz güruhlar qarşımızda qusan xəstəni görürük. Normal qussa, dərd yarı. Bir də başını əyib, pasteli, yeri ağardır. Saatına baxırsan ki, 3-dür, onsuz yeməyi verdiyi kayfa görə yemirsən sadəcə mədənin qurultusu kəssin deyə atışdırırsan. Hə, bir də yatmağ var axı. “əşşi,- deyib-, yerimə gedim” deyirsən. Bu, ilk aylarını praktikant olaraq keçirən fağır 3-cü kurs tələbəsinin günlüyüdür, daha doğrusu günsüzlüyüdür. Axı, səhərlər yatmalı, axşamlar xəstələrlə oynamalıdır.

İkincisi, “back” düyməsi əfsuslar olsun ki, biz boynuburuqlarda yoxdur. Bəli, mühəndislərin ən önəmli üstünlükləri səhv bir şey etdikdə onu düzəltmək şansının olmasıdır. Bizdə isə belə bir şans yoxdur. Matoru işləyən maşını düzəltməklə yükümlüsən. Bu da öz növbəsində bir çox yanlışlıqlar meydana çıxardır. Axı, hər orqaznizm fərqlidir. Axı, xəstənin əməliyyat sırasında oyanması həkimin günahı deyil. Axı, xəstənin qarnında və ya digər bədən nahiyələrində əlcək, qayçı, neştər kimi digər tibbi ləvazimatların qalması həkim səhlənkarlığı kimi qələmə verilməsi düzgün deyil, çünki o həkimin günahı deyil.