heavy rain

danatello monto
ssenari və seçimlərə əsaslanan quantic dream (bax:quantic dream) oyunu. ilk dəfə ps3 platformu üçün çıxıb, hal-hazırda isə ps4 və pc üçün də portlanıb. pc portu başdansovdu hazırlanıb, əsəb olmaq üçün idealdı. oyunda bol-bol qte (bax:quick time event) var. ssenarini qısa özət keçsək ata bir oğlunu itirir və digər oğlunu qatilin əlindən xilas etməyə çalışır. bu gözəl qatilimiz yağış yağan zaman suyun hündürlüyünün qalxması ilə qaçırdığı uşaqları öldürür. üstündən 10 il keçməsinə rəğmən (oyun 2010da çıxıb) bu gün də həzz alaraq oynaya bilərsiniz.