Ortalığın içindən keçdiyimiz dönəmlərdə, yəni haradasa 2019-un sonu, 2020-nin əvvəlləri bir neçə yazarla qiyamət qoparırdım. (-spoiler-)
Sırada heç tanımadığım yazarlar da var, ancaq sözlüyün ehtiyacı olan növdən yazarlardır deyə haqqlarını yeməyək indi


Təzə gələn vaxtlarımda @austenlə danışırdıq. Demək olar, təzə versiyadan sonra salam da kəsməmişik. Sözlüyün üzərində dəhşət əməyi olan bir yazarımızdır. Bu günlərdə şamla axtarıram desəm, yeridir.

Söhbət əmək verən yazarlardan düşübsə, @chomolungmadan danışmasam, olmaz (swh). Sözlükdə yenidən görsəydim, çox şad olardım. Ara-sıra şərqdən bir işıq görünür, amma yenidən sönür o işıq...

@italiano (ebax: #9328) nömrəli entrysindəki cümlələrini özü ərsəyə gətirən adam. Yaman hoqqa verirdik (swh, swh). Geriyə şirin xatirəsi qalıb rəyisin.

@moxorovicic bu yazarın sözlüyə verdiyi töfhə mənim moderatorluq fəaliyyətim boyu və yazar fəaliyyətim boyu verdiyim töfhənin yanında baxçaya gedən uşaq olar, yəqin ki. Entrylərini maraqla oxuduğum tək-tük əjdahalarımızdan idi. Məqsədi töfhə vermək idi. polemika yaratmaq, ya da şöhrət üçün yazmırdı, bilgi üçün yazırdı.

Sonuncu yazar da @alessandro olar, şübhəsiz. Atanda az atırdı, ancaq yerində atırdı. Qızıl kimi dəsti-xətti var idi.

(bax: yazarın arxasından ölüb kimi danışmaq)

"Çıxın qayıdın da, ə kişi, hardasuz?" - demək istədiyim yazarlardır.
Qan etdiyim yazarlar arasından hələ ki tək @daniel qalıb. Ümidim onadır. (Swh)
Davamını oxuyum...
louis pasteur