fərdi inkişaf kitabları

abirsiz
kitab bazarında bir iki dənə olmağında fayda olan, amma biri digərini təkrarlayacağı üçün faydasız olması ilə bərabər, oxuduqdan sonra bezdirən kitablardır.
tapo
adı üstündə fərdi inkişaf yanıki fərd üçün olan inkişaf minlərlə insan eyni fərd kimi inkişaf eləmək istəyir ama inkişaf səhv gedir
hərkəs özünü inkişaf elətirməlidi ama inkişaf təkcə kitab oxumaqla olan birşey deyil
bu kimi kitabları oxuyan insan sonra ətrafda mən hamınızdan fərqliyəm fikrində olur
louis pasteur
Açıq deyəcəm.

Bir poxa da dərman olmayan kitablar toplusu. O kitabların cəmi (bax:şeyma subaşı)nın kitablarından daha da effektsizdir. Mənə: “sənin anlayacağın tərz deyilmiş” deməyin. Qınağım ona görədir ki, çox absurd şəkildə yazılır. Hər birinin kökündə də bu olur: “əgər sənin 20 min pulun olarsa, onu car-cur etmə, düzgün iş həyatına xərclə” ala, xəstə, bunu mən də bilirəm. Onsuz da, əlimdə qalan 20 manatı sənə vermişəm. Bu cümləni demək üçün almışamsa, soxum verdiyim pula, sənin də kəramətivə.

Kitabı oxuyursan ki, hə burada bir şey deyəcək, orada bir şey deyəcək. Dediyi şey də budur: “vaxtıvı itirmə, vaxt sənin üçün hər şeydir” tamam da, bunu mənə atam da deyir özü də deyəndə iyirmi manat almır.

İnanın o cür kitabları oxumaqdansa, gedin (bax:orkun ışıtmak)ın videosuna baxın. (bax:the sims 4) oyununu 24 saat oynayır. Çünki o kitablar ancaq o video qədər “eğitici”dir.