dünyanın ən hündür zirvəsi (8.848 metr) kimi bilirik. fəqət (bax: hawaii)dəki fəal olmayan (bax: mauna kea) vulkanının hündürlüyü dəniz səviyyəsindən hesablanmadığı üçün dünyanın ən yüksək dağı kimi hesab edilir.

indiyə kimi bu zirvəyə 5.000-dən çox insan çıxıb və burada ən maraqlı nüans isə ondan ibarətdir ki, onların arasında 13 yaşlı bir uşaq, 73 yaşlı yaşlı bir qadın və görmə qabiliyyətini itirmiş birisi var.

bura DIRMANarkən həyatlarını itirən şəxslərin cəsədlərini görmək olar. bura çıxan digər şəxslər isə onlardan yönü tapma məqsədilə istifadə edirlər.

bölgədə baş verən tektonik hərəkətlər səbəbilə dağ hər il 4 millimetr yüksəlir. amma 2015-də (bax: nepal)da baş verən zəlzələ səbəbilə dağ 4.5 santimetr alçalıb.

bu dağ dünyanın ən yüksək dağı olması ilə yanaşı, ən çirkli dağ kimi də qəbul olunur. burada 50 tona yaxın tullantı mövcuddur.

əgər buraya dırmanmaq istəyirsinizsə, bu sizə 30.000 $-a başa gələcək. hətta bəzi şirkətlər rəhbərli səfərlər təqdim edir. bu zaman onların qiyməti 2 qatına kimi çıxaraq 60.000 $-a çatır.

bu dağın dırmanma düşərgəsindən zirvəyə kimi ən qısa müddət 8 saat 10 dəqiqədir.

digər adla "comolunqma" da adlanır. (bax: chomolungma)
Davamını oxuyum...
chomolungma