ağıllı dəli

bu həyatda hər zaman olmaq istədiyim və elə onun üçün mübarizə apardığım xəyali obrazdır.
mahiyyəti özünü lom, axmaq kimi aparıb öz işini sakit və təkbaşına etmək, xəyallarına "bang" deyə çatmaqdır. təkliyin çətinliyi olacaqmı? olacaq. amma bunu da unutmamaq lazımdır ki, "best quality" təcrübələr təkbaşına qazandığın təcrübələrdir. səbəbi isə məlumdur. görünür, hamının başı "cool" olmağa yaman qarışıb (bununla bir dərdim yoxdur insanın özünü başqalarına göstərmədiyi müddətcə). nə də olsa, camaatın işi elit olmaq, zirvədəkilərlə oturub-durmaqdır, bunun özü bir prestijdir axı bu dövrdə. buna görə də onların işləri güclülərlə, ağıllılarladır, "neyləsinlər sənin kimi axmağı?!" deyərkən sən, əslində, bütün saxtalıqlardan uzaq, səssiz bir şəkildə qələbənin dadını çıxarmış olursan, cəmiyyət zirvəsində yox, everest zirvəsində.
yəni nəticədə "axmaq" adamla kim iş görər ki qarşı tərəf də axmaq deyilsə?!
Davamını oxuyum...
italiano