qara mizah

acı-acı güldürən zarafat növü. sarkazm və kinayə ilə qarışdırılmamalıdır. (təbi sarkazm da kinayə də qara mizaha daxil ola bilər).
qara mizahda adətən dini görüşləri, şovinistliyi, bayağı adətləri kimi mövzularla yanaşı homoseksuallıqdan tut uşaq istismarına qədər bir çox "zad" tənqid olunur.


məsələn aşağıdaki lətifəyə baxsaq.
- bir şəkili 93-cü ildə müharibədəykən anasına məktub yazaraq deyir.
- ana heç narahat olma. hər şey əladı. yavaş-yavaş geri çəkilirik. belə getsə ha 2 aya evdəyəm.


nümunədə müharibədəki vəziyyət tənqid olunur. acı-acı güldükdən sonra faciənin necə olduğunu qavramağa başlayırıq.
Davamını oxuyum...
pasa1642
1 entry daha..